"Qarabağ"ın qolkiperi Şahruddin Məhəmmədəliyev  III turdan təxirə salınmış "Turan Tovuz"la matçda zədə alıb.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı qolkiper matçın sonlarına yaxın komanda yoldaşı Bədavi Hüseynovla toqquşub. Boynu üstə yerə düşən Məhəmmədəliyev həkimlərin ilkin müdaxiləsi ilə ayağa qalxıb və görüşü davam etdirib.

Lakin final fitindən sonra yerə yıxılan qolkiper meydanı xərəkdə tərk edib.

Qeyd edək ki, matç Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Ş.Məhəmmədəliyevin zədələndiyi anın görüntüləri: https://t.me/offsideplusaz/23109