Misli Premyer iqasının 13-cü turunda “Sabah” səfərdə “Səbail” üzərində 2:0 hesablı qələbə qazanıb.

Offsideplus.az xəbər verir ki, “Səbail”in baş məşqçisi Mahmud Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında matçla bağlı düçüncələrini bildirib. 

- Oyun pis başlamadıq, itkilərimiz olsa da qələbə qazanmaq istəyirdik. Əfsuslar olsun ki, məğlub olduq, rəqib qalib gəldi. Ustalıq səviyyəsi özünü göstərdi. Harda səhvlər ediriksə, bu barədə danışacayıq. Qələbə qazanmaq istəyirdik. Bu dəfə ustalıq çatmadı. Səfərdə xal ala bilmişdik. Fərdi səhvlər var idi.

Mütəxəssis daha sonra isə jurnalistlərin suallarını cavablandırıb.

- Turnir cədvəlinin son “4-lüy”ündə qərarlaşmısınız..

- Bu situasiyada olmağımızı istəməzdim. Reallıq budur ki, aşağı pillələrdəyik. Axıra qədər mübarizə aparacağıq.

- Küskün görünürsünüz...

- Xeyr, məğlubiyyət həmişə təsir edir. Əhval-ruhiyyə bundan asılıdır. Çalışırıq ki, əlimizdə olan futbolçulara şans verək. Bəzən futbolçular bunu başa düşmür.

- Qışda transfer gözlənilir?

- Qış transfer pəncərəsinə çox var. Hücum edə biləsən ki, müdafiəyə də güc düşməsin. Sağ cinah pis deyildi, lakin solda axsayırdıq. Qışa kimi 5-6 oyunumuz var. Bəzi futbolçular var. Yerli oyunçular da transfer etmək istərdik.

- Komandanın hazırkı durumu sizə necə təsir edir?

- Tək mənə yox, hamıya pis təsir edir. Oynayan dövrdə necə idimsə, həmin iddialar qalıb. Çalışacayıq ki, düzəldək. Asan əmələ gəlmir. Vaxt lazım və bəzi mövqelərə oyunçu lazımdır.
- Zakpa ilə söhbətiniz olacaq?

- Bütün oyunçularımızla söhbətimiz olur. Düşünürəm ki, ötürmələr və zərbələr zamanı səhvlər olur. Bütün oyunçuara matçla bağlı söhbət olacaq.

- Mirabdullanın fiziki durumundan razısınız?

- Düşünürəm ki, oyun praktikası lazımdır.