Misli Premyer Liqasının XII turunun “Sabah”la səfər oyununda (1:2) zədələnən futbolçular Rövlan Muradov Rafael Utziq və Felipe Santos durumlarına aydınlıq gəlib.

Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin Offsideplus.az-a verdiyi məlumata görə, R.Muradov və F.Santosun XIII turda "Zirə"yə qarşı ev matçında iştirak etmək ehtimalları var:

"Rafael dünən MRT müayinəsindən keçib, son vəziyyəti tezliklə bəlli olacaq. Digər oyunçularımız - Rövlan və Felipenin durumlarını isə normal hesab etmək olar. Oyuna qədər formaya düşmək ehtimalları var, lakin tam bərpa olmayıblar. Bugünkü məşqdən sonra aydınlaşacaq".

Qeyd edək ki, "Qəbələ" - "Zirə" matçı noyabrın 5-də saat 15:00-da baş tutacaq.