17 yaşadək futbolçuardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində bu gün son oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, millimiz Bosniya və Herseqovinanın Kakanj şəhərində Lixtenşteyn yığması ilə keçirilmiş qarşılaşmada 8:0 hesablı qələbə qazanıb. 

Niyazi Osmanovun dubl etdiyi oyunda millimizin digər qollarını Elton Mikayılov, Murad Məmmədov, İlkin Cəfərli, Əhməd Tarverdiyev, Əşrəf Ələkbərli və Davud Mənsumov vurub. 

Xal durumu: Ukrayna – 7. Bosniya və Herseqovina – 7. Azərbaycan – 3. Lixtenşteyn – 0.