AFFA Region Liqasının Naxçıvan Muxtar Respublika üzrə püşkatma mərasimi keçirilib.

 Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Region Liqası Naxçıvan zonası üzrə 8 komandanın iştirakı ilə 2 dövrədən ibarət dairəvi sistemlə təşkil olunacaq.

I turun təqvimini diqqətinizə çatdırırıq:


“Dübəndi” (Ordubad) – “Kəngərli”
“Babək” – “Sədərək”
“Naxçıvan Müəllimlər İnstitutu” – “Arpaçay” (Şərur)
“Batabat” (Şahbuz) – “Əlincə” (Culfa)