Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli bəlli olub.

Offsideplus.az PFL-nin rəsmi saytına istinadən xəbər verir ki, bir qarşılaşmadan ibarət mərhələnin görüşləri iki günü əhatə edəcək. Turun üç görüşü “CBC Sport” telekanalı vasitəsilə, digər 3 qarşılaşması isə PFL-in saytında canlı yayımlanacaq.

22 noyabr (çərşənbə axşamı)

“Qəbələ” – “Araz Naxçıvan”
Qəbələ şəhər stadionu, 15:00 (canlı/pfl.az)

MOİK – “Səbail”
Binə qəsəbə stadionu, 14:00 (canlı/pfl.az)

“Şamaxı – “Turan Tovuz”
Şamaxı şəhər stadionu, 14:00 (canlı/ “CBC Sport”)

23 noyabr (çərşənbə)

“Sabah” – “Qaradağ Lökbatan”
“Bank Respublika Arena”, 17:00 (canlı/ “CBC Sport”)

“Mingəçevir” – “Zirə”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00 (canlı/pfl.az)

“Kəpəz” – “Sumqayıt”
Gəncə şəhər stadionu, 14:00 (canlı/ “CBC Sport”)