Misli Premyer Liqasının XI turunda "Neftçi" ilə oyunda zədələnən "Sabah"ın futbolçusu Aleksey Kaşuk müayinədən keçib.

Offsideplus.az xəbər verir ki, ukraynalı yarımmüdafiəçi matçın 78-ci dəqiqəsində ayağından xəsarət alıb və birbaşa xəstəxanaya aparılıb.

Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov saytımıza açıqlamasında MRT müayinəsinin cavablarını gözlədiklərini söyləyib:

"Kaşuk dünən axşam MRT müayinəsindən keçib. Hazırda cavab gözləyirik".

Qeyd edək ki, paytaxt təmsilçisinin baş məşqçisi Murad Musayev oyundan (3:2) sonra keçirilən mətbuat konfransında Kaşukun ayağında sınıq olma ehtimalı olduğunu bildirib.