"Komandada zarafatlarımı xoşlamayan adam yoxdur".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Kevin Medina "İctimai TV"də yayımlanan "Bol idman" verilişində söyləyib. O, zarafatlarını Qurban Qurbanovun da bəyəndiyini deyib:

"Hətta Qurban Qurbanov da bəyənir. İdman zalında üz-üzə gələndə, onunla zarafatlaşıram. Bəzən zarafatca qarnıma zərbələr də endirir. Mən zarafatlarımda Azərbaycan dilində sözlərdən istifadə etməyə çəkinirəm. Kadidə isə belə deyil. Yeri gəldi, gəlmədi, azərbaycanca sözlərdən istifadə edir".

Geniş müsahibəni təqdim edirik: