17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ötən gün ilk görüşünü keçirib.

Offsideplus.az xəbər verir ki, Latviyada bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 0:4 hesabı ilə məğlub olub.

Qeyd edək ki, millimiz seçmə mərhələdə növbəti oyununu oktyabrın 26-da Slovakiya komandası qarşı keçirəcək.