17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayır.

Offsideplus.az xəbər verir ki, milli bu gün Bakı vaxtı ilə saat 20:00-da Latviyada keçirəcək oyunda bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Görüşü İsveçdən və Norveçdən olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinin B Liqasının 4-cü qrupunda yer alan Azərbaycan millisinin digər rəqibi isə Slovakiya seçməsidir.

Avropa çempionatı, seçmə mərhələ
1-ci tur

23 oktyabr

20:00 Latviya – Azərbaycan 

Hakimlər: Lovisa Johansson, Emelie Elfstrand (İsveç), Line Cathrine Nymoen, Emilie Torkelsen (Norveç)
Salaspils. Salaspils BSS stadium.