Misli Premyer Liqasının 11-ci turunda hazırda “Turan Tovuz”u qəbul edən “Qarabağ” itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin müdafiəçisi Bədavi Hüseynov zədələnib.

Ayağından zədə alan futbolçu matçı davam etdirə bilməyib və 41-ci dəqiqədə Kevin Medina ilə əvəzlənib.

Qeyd edək ki, hazırda ilk hissəsi davam edən görüşdə “Qarabağ” 2:0 öndədir.