Azərbaycan I divizionunda VIII turun son oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, sonuncu oyun günündə 3  qarşılaşma baş tutub.

"Zirə-2" "Mingəçevir"ə 3:0, "Turan Tovuz-2" MOİK-ə 1:0 hesabı ilə qalib gəlib. "Araz Naxçıvan" isə səfərdə "Qəbələ-2" ilə heç-heçə edib - 1:1.

19 oktyabr

13:00. "Zirə-2" – "Mingəçevir" - 3:0 (Xəqani Sadıxov, 8, 89, Vüsal Əliyev, 87.)
Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, Fəridə Lütfəliyeva.
“ASK Arena”

14:30. "Turan Tovuz-2" – MOİK - 1:0 (Nazim Həsənzadə, 89.)
Hakimlər: Namiq Bəkirov, Elman Kərimov, Zakir Şükürzadə, Mahmud Bağırzadə
Tovuz şəhər stadionu

14:30. "Qəbələ-2" – "Araz Naxçıvan" - 1:1 (Xəyal Xudaverdiyev, 90+3 – Orxan Əliyev, 69-pen.)
Hakimlər: Rövşən Rəcəbov, Ruslan Quliyev, Teymur Teymurov, Şamil İmanzadə.
Qəbələ şəhər stadionu (ehtiyat meydança)