"Şamaxı"nın zədəli oyunçusu Amil Yunanovun son durumu bəlli olub.

Sentyabr ayının 19-da Türkiyədə əməliyyat olunan 29 yaşlı hücumçu Offsideplus.az-a açıqlamasında yüngül məşqlərə başladığını söyləyib:

"Zədələnməyimdən 1 ay 1 həftə keçib. Fizioterapiyaya başlamışam. Yüngül hərəkətlərə start vermişəm, əsasən velosipedlə məşq edirəm. İnşallah, iki həftəyə yüngül qaçışlara başlayaram".

Xatırladaq ki, Misli Premyer Liqasının 5-ci turu çərçivəsində "Turan Tovuz"la keçirilən qarşılaşmada zədələnən Yunanovun 2-3 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilmişdi.