Roma şəhərində "Qarabağ" klubunun fan-qrupunu yaradan Fabritsio Konti Ağdam təmsilçisinin Misli Premyer Liqası üzrə X turunda "Sumqayıt"la oyununda iştirak edib.

Offsideplus.az xəbər verir ki, 53 yaşlı italiyalı 3:1 hesabı ilə başa çatan oyunu izləyənlər arasında olub.

Qeyd edək ki, noyabr ayından etibarən Roma şəhərində "Qarabağ"ın oyunlarını azarkeşlər və futbolsevərlərlə birgə izləmək üçün bəzi tədbirlər təşkil olunacaq. İtaliya və Roma şəhərində yaşayan azərbaycanlılar, romalılar Ağdam komandasının oyunlarını böyük ekrandan izləyə biləcək.

Məşhur tennisçi Rocer Federer, “Yuventus”, “İnter”, “Milan” kimi klublarla çalışmış italiyalının Romada yaratdığı fan-qrup barədə ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Görüntüləri təqdim edirik:

 

 

WhatsApp Image 2022 10 16 at 18.20.01

 

WhatsApp Image 2022 10 16 at 18.20.02

 

WhatsApp Image 2022 10 16 at 18.20.02 1

 

WhatsApp Image 2022 10 16 at 18.20.02 2