"Zirə"nin futbolçusu Hamidu Keyta "Sabah"a qarşı Misli Premyer Liqasının X tur matçında sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, oyuna davam edə bilməyən 27 yaşlı forvard 26-cı dəqiqədə Rüstəm Əhmədzadə ilə əvəzlənib. Klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə Keytanın son durumu barədə saytımıza açıqlama verib:

"Hamidu Keytanın son durumu müayinədən sonra bəlli olacaq. Müayinənin bu gün, ən geci sabah baş tutması gözlənilir".

Qeyd edək ki, matçı "Zirə"nin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.