Misli Premyer Liqasında 2022/23 mövsümünün ilk avtoqolu qeydə alınıb.

Offsideplus.az xəbər verir ki, Şamaxıda eyniadlı komanda ilə "Qəbələ" arasındakı oyunda meydan sahiblərinin müdafiəçisi Adil Nağıyev topu öz qapısından keçirib. 

60-cı dəqiqədə qapı qarşısına edilən ötürmə əvvəlcə dirəyə, ardınca isə Nağıyevə dəyərək tora daxil olub. 

“Şamaxı” – “Qəbələ” matçı 1:1 hesabıyla başa çatıb.