Məlum olduğu kimi, Sumqayıt şəhərində yeni stadionun tikilir.

Bəs görəsən, arena ne vaxt istifadəyə veriləcək?

Mövzu ilə bağlı stadionun direktoru Nadir Quliyev ilə əlaqə saxladıq. O, Offsideplus.az-a açıqlamasında işlərin sürətlə getdiyini və arenanın bu ilin sonuna kimi istifadəyə veriləcəyini söyləyib.

Stadionun direktoru arenanın 10 min tamaşaçı tutumuna sahib olacağını və yalnız futbol yarışları keçirmək üçün nəzərdə tutulduğunu bildirib.

Bundan başqa stadiondan kənar inzibati binada cüdo və boks idman növləri üzrə salonun olacağını vurğulayıb.

Arenanın eksklüziv fotolarını təqdim edirik:

{gallery preview_height=400}2022/2022-10-13/meh-1/{/gallery}

 

 

Fəqan İbrahimli