Tanınmış azərbaycanlı iş adamı, "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov "facebook" profilindən maraqlı paylaşım edib.

Offsideplus.az xəbər verir ki, o, "Xəzər Lənkəran" klubunun hər zaman yaşayacağını və cənub bölgəsini təmsil edəcəyini bildirib. Paylaşımı olduğu kimi sizə təqdim edirik:

"Bu gün ofisə çox maraqlı 2 gənc gəldi. Məhəmməd və Ramil Beşiktaşın Azərbaycanlı təmsilçiləriymiş.Beşktaş aşkıyla İstanbula köcüblər. Bakıdan hədiyyələri də var idi. Doğma, sevdiyim ve yaratdığım klubun şərfini mənə hədiyyə etdiler. “Xəzər Lənkəran” bir brenddir. O hər zaman yaşayacaq. Onun hər zaman yaşamasına mən şəxsən nəzarət edəcəm. Əvvəlki illərdə olduğu kimi, “Xəzər Lənkəran” Azərbaycanın cənub bölgəsində futbolun yaşaması, həmçinin bu bölgədə futbolçuların yetişdirilməsi istiqamətində fəaliyyət göstərəcək. Burdan bütün ağ - yaşıl ve bəyaz - siyah fanlarına uğurlar ve bol qələbələr arzu edirəm."