"Qarabağ" və Monteneqro millisinin üzvü Marko Veşoviçlə Rusiya klubları maraqlanır.

Offsideplus.az "RB Sport"a istinadən xəbər verir ki, bu barədə menecer Aleksandr Ristiç açıqlama verib. 31 yaşlı müdafiəçi Rusiya Premyer Liqasında mübarizə aparan bir neçə klubun maraq dairəsindədir. Monteneqrolu futbolçunun Rusiyada oynamaq istədiyi bildirilib.

Qeyd edək ki, Veşoviçin "Qarabağ"la müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatır.