Bu gün Azərbaycan I Divizionunda VII tura start verilib.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə 3 matç baş tutub. MOİK doğma meydanda "Zirə-2"yə uduzub (1:2). "Mingəçevir", "Sumqayıt-2" ilə 1:1 hesablı heç-heçə edib, "Kəpəz-2" isə 3:2 hesabı ilə "Qaradağ Lökbatan"a qalib gəlib.

11 oktyabr

Azərbaycan birinci divizionu, 7-ci tur

MOİK - "Zirə-2" 1:2 (Elmar Rəhimov, 13 - Emin Mehtiyev, 20-pen. Xəqani Sadıxov, 45+2-pen.)

"Mingəçevir" - "Sumqayıt-2"  1:1 (Vüsal İsmayılov, 8. -Cavid Quliyev, 21.)

"Qaradağ Lökbatan" - "Kəpəz-2" 2:3 (Elnur Cəfərov, 5, 81-pen. - Rauf Əliyev, 36, 69, Nemət Musayev, 38.)