"Qəbələ" ilə səfər oyunda (0:1) "Qarabağ"ın yeganə qolunun müəllifi Filip Ozobiç Azərbaycan çempionatında 50-ci qolunu vurub.

Offsideplus.az xəbər verir ki, bu toplardan 16-sı “Qəbələ”, 34-ü “Qarabağ”ın heyətində qeydə alınıb.

31 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisində ümumilikdə 40-cı dəfə fərqlənib. Onun hesabında çempionatdakı 34 topdan başqa 6 avrokubok qolu da var.

Qeyd edək ki, Filip Premyer Liqada ümumilikdə 129-cu, “Qarabağ”da bütün turnirlər nəzərə alınmaqla 136-cı matçını keçirib.