Misli Premyer Liqasının 9-cu turunun "Səbail" - "Sumqayıt" matçında (1:0) milli komandamızın qolkiperi Emil Balayev zədələnib.

Offsideplus.az xəbər verir ki, ev sahiblərinin qapıçısı matçın 74-cü dəqiqəsində oyun epizodunda ayağından zədələnərək görüşə davam edə bilməyib.

Onu isə Hüseynəli Quliyev əvəzləyib.