19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

Offsideplus.az xəbər verir ki, millimiz ilk turda Monteneqro ilə qarşılaşıb. Xorvatiyada keçirilən matç Monteneqro 2:1 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızda Edanur Mutlu fərqlənib. 

Qrupumuzun digər oyununda Xorvatiya Kiprə 1:0 hesabı ilə qalib gəlib. 

Qeyd edək ki, millimiz oktyabrın 7-də Kipr, 10-da Xorvatiya ilə üz-üzə gələcək