"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb.

Offsideplus.az xəbər verir ki, birinci mərhələnin cavab oyununda evdə Xorvatiyanın "Hayduk" klubuna 1:2 hesabı ilə uduzan təmsilçimiz turnirlə vidalaşıb.

"Qırmızı-qaralar"ın yeganə qolu 52-ci dəqiqədə Şahin Şahniyarov vurub.

Qeyd edək ki, Zaur Hacıyevin baş məşqçi olduğu kollektiv səfərdəki ilk qarşılaşmada da rəqibi ilə bacarmamışdı - 0:3.