Misli Premyer Liqasının 8-ci turu çərçivəsində bu gün keçirilən “Sumqayıt” – “Kəpəz” matçının protokolunda məcburi dəyişiklik edilib.

Offsideplus.az xəbər verir ki, buna oyundan öncəki məşq zamanı “Kəpəz”in futbolçusu Əfran İsmayılovun zədələnməsi səbəb olub.

O, Gəncə təmsilçisinin start heyətində meydana çıxmalı olsa da, isinmə hərəkətləri zamanı zədə aldığı üçün əvəzlənmək məcburiyyətində qalıb.

Qarşılaşmanın ardınca Əfran İsmayılovun özüylə əlaqə saxladıq. 33 yaşlı vinger saytımıza açıqlamasında ayağında ağrılar hiss etdiyini və bunun səbəbinin sabah tibbi yoxlanışdan sonra dəqiq bilinəcəyini söylədi:

"Ayağımda ağrılar hiss edirəm. Məşq zamanı dartılma oldu. Məncə, bu, birinci dərəcəli dartılmadır. Sabah tibbi yoxlanışdan keçəcəyəm. Ondan sonra səbəb dəqiq bilinəcək".

Xatırladaq ki, görüş qolsuz bərabərliklə başa çatıb.

Daşqın Əziz