"Mənim Azərbaycan millisi ilə sentyabrın 30-dək müqaviləm var və bundan sonra qarşımda olacaq bütün təklifləri nəzərdən keçirəcəyəm".

Offsideplus.az xəbər verir ki, bu sözləri yığmamızın baş məşqçisi Canni De Byazi Albaniya millisinə mümkün qayıdışı ilə bağlı sözügedən ölkənin mətbuatına danışarkən deyib.

İtaliyalı çalışdırıcı son vaxtlar haqqında yazılanları doğru olmadığını bildirib:

"Bəzi məlumatlar külək kimidir. Mediada çıxan xəbərlərə inanmayın, onların 95%-i yalandır".

Qeyd edək ki, Canni De Byazi 2020-ci ilin iyulundan Azərbaycan millisini çalışdırır. İtaliyalı mütəxəssis 2011 - 2017-ci illərdə Albaniya yığmasında işləyib. Onun rəhbərliyi altında sözügedən milli tarixində ilk dəfə Avropa çempionatının (AVRO-2016) final mərhələsində iştirak etmişdi.