"Qarabağ"ın futbolçusu Abdullah Zubir MPL-nın VIII turunda "Neftçi" və Avropa Liqasında "Olimpiakos"la oyunlar barədə danışıb.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bu barədə "CBC Sport"a açıqlama verib.

"Mövsüm ərzində bütün oyunlara ciddi hazırlaşır, məşq edirik. Əvvəlcə "Neftçi", sonra "Olimpiakos"la oyunumuz var. Çalışacağıq ki, bu matçlarda yaxşı formada olaq".

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" matçı oktyabrın 1-də saat 18:00-da baş tutacaq.