"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf adının Rumıniya millisi ilə hallanması barədə açıqlama verib.

Offsideplus.az xəbər verir ki, 47 yaşlı mütəxəssis klubun televiziyasına karyerasını "Neftçi"də davam etdirəcəyini söyləyib:

"Hazırda bu vəzifəyə keçmək üçün doğru zaman deyil. "Neftçi" ilə müqaviləm var və klubda xoşbəxtəm. Düşünürəm ki, Rumıniya millisinin baş məşqçisi çox yaxşıdır. Digər namizədlər də yaxşı çalışdırıcıdırlar".

Qeyd edək ki, rumın mətbuatında yayılan məlumata görə, Regekampf millinin baş məşqçiləri olacaq namizədlərdən biridir. Milli komanda UEFA Millətlər Liqasının son turunda Bosniya və Herseqovinanı 4:1 hesabı ilə məğlub etsə də, qrupda sonuncu yeri tutaraq B liqasına düşüb. Bu səbəbdən, yığmanın hazırkı baş məşqçisi Edvard İordanesku istefaya göndərilməsi gözlənilir.