Azərbaycan U-19 yığma komandası bu gün Avro-2023-ün seçmə mərhələsində son oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, millimiz Lüksemburqla qarşılaşıb. Bolqarıstanın Albane şəhərində oynanılan matç rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, yığmamız seçmə mərhələni xalsız başa vurub. Miloş Velebitin komandası əvvəlki oyunlarda Bolqarıstana (0:1) və Türkiyəyə (1:5) uduzub.

Bu qrupda keçirilən Bolqarıstan - Türkiyə matçı isə 1:1 hesabı ilə başa çatıb.