"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf  Rumıniya millisinə keçə bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə Prosport.ru saytı məlumat yayıb. 47 yaşlı mütəxəssisin adı millinin baş məşqçiləri olacaq namizədlər arasındadır. Milli komanda UEFA Millətlər Liqasının son turunda Bosniya və Herseqovinanı 4:1 hesabı ilə məğlub etsə də, qrupda sonuncu yeri tutaraq B liqasına düşüb. Bu səbəbdən, yığmanın hazırkı baş məşqçisi Edvard İordanesku istefaya göndərilsə, onu bu şəxslərdən biri əvəzləyə bilər: Laurentsiu Regekampf, George Haci, Viktor Pitsurka, Kosmin Oleroyu və Dan Petresku.

Qeyd edək ki, Regekampfın "Neftçi" ilə sözləşməsinin müddəti  2024-cü ilin yayına qədərdir.