UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda keçiriləcək Azərbaycan – Qazaxıstan oyunundan öncə təşkil olunan mətbuat konfransında qonaq komandanın futbolçusu Yan Voroqovski jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib:

- Sabahkı oyun çətin olacaq. Azərbaycan güclü komandadır. Biz bunu bilirik. Maksimum nəticə əldə etmişik, amma sabah qələbə qazanmaq istəyirik.

- Düşünmək olar ki, sabah tam güc xərcləməyəcəksiz? 

- Sabah yüz faizlik nəticə əldə edəcəyik. Hansı taktika ilə oynamışıqsa, yenə də eynisini tətbiq edəcəyik.

- Azərbaycanın son iki oyunda qələbə qazanması sizi narahat etmir? 

- Rəqibi təbrik edirik. Biz onları ciddi rəqib hesab edirik. Onlarla oyunda güclü oynamaq lazımdır.