Bugünlərdə baş məşqçisi Aleksey Baqanı istefaya göndərən "Sumqayıt"da komandaya rəhbərlik edəcək yeni çalışdırıcının adı məlum olub.

Offsideplus.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi illər öncə "Standart" və "İnter" (hazırkı "Şamaxı") kimi Azərbaycan klublarında çalışmış gürcüstanlı mütəxəssis Kaxaber Tsxadadzeni komandanın başına gətirmək istəyir.

Hazırda tərəflər arasında danışıqların son detalları müzakirə olunur.(fanat.az)