UEFA Millətlər Liqasının C divizionunun 5-ci turunda bu gün millimizi qəbul edəcək Slovakiya yığması oyuna ciddi itki ilə çıxacaq.

Offsideplus.az xəbər verir ki, komandanın əsas qapıçısı Martin Dubravka sıradan çıxıb. "Mançester Yunayted"in yeni transferi zədə səbəbindən heyətdən kənarlaşdırılıb. Onu "Pyast"ın (Polşa) qapıçısı Frantişek Plax əvəzləyib.

Qeyd edək ki, bu gün keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.