Yığmamızın baş məşqçisi Canni de Byazi "Qarabağ"ın futbolçusu Qara Qarayevin Millətlər Liqasında Slovakiya və Qazaxıstanla oyunlar üçün yığmamıza çağırılmaması haqqında danışıb.

Offsideplus.az xəbər verir ki, o, Slovakiya ilə sabahkı səfər matçından öncə təşkil olunan mətbuat konfransında deyib: "Qara Qarayev buraya gəlməməsinin səbəbini yaxşı bilir".

Əlavə edək ki, millimiz sabah Slovakiya, sentyabrın 25-də Qazaxıstanla görüşəcək.