Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, yığmamız Albena şəhərində Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Oyunu Estoniyadan olan hakim idarə edəcək.

Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

21 sentyabr
18:00. Azərbaycan – Bolqarıstan
Baş hakim: Joonas Jaanovits (Estoniya)
Baş hakimin köməkçiləri: Aron Harsing (Estoniya), Egill Gudvardur Gudlaugsson (İslandiya)
Dördüncü hakim: Helgi Mikael Jonasson (İslandiya)
 Albena.