Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində “Şamaxı” ilə yoxlama oyunu keçirəcək.

Offsideplus.az xəbər verir ki, qarşılaşma sentyabrın 24-də, saat 19:00-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Bundan əlavə, U-21-in hazırlıq prossesinə daha bir futbolçu cəlb olunub. “Səbail” klubunun üzvü Samir Abdullayev düşərgəyə qoşulub.