Futbol üzrə Azərbaycan millisi daha bir yoldaşlıq matçına çıxacaq.

Offsideplus.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmamız Şimali Makedoniya seçməsi ilə qarşılaşacaq. Matç noyabrın 20-də Skopye şəhərindəki “Todor Proeski Milli Arena”da olacaq.Oyunun saatı ilə bağlı məlumat veriləcək.

Qeyd edək ki, millimiz noyabrın 16-sı Moldova yığması ilə də yoxlama oyununa çıxacaq.