UEFA Mİllətlər Liqasında növbəti oyunlarını keçirəcək İtaliya millisi ciddi itki ilə qarşılaşıb. PSJ-nin futbolçusu Marko Verratti zədələnib.

Offsideplus.az xəbər verir ki, Liqa 1-in 8-ci turu çərçivəsində PSJ-nin futbolçusu Marko Verratti səfərdə "Lion"la keçirilən oyunda (1:0) zədələnib.  

Yarımmüdafiəçi bu səbəbdən İtaliya millisinin heyətində yer ala bilməyəcək.

Qeyd edək ki, İtaliya yığması Millətlər Liqasında sentyabrın 23-də İngiltərə, 26-da isə Macarıstanla üz-üzə gələcək.