Bu gündən Bakıda təlim-məşq toplanışına start verən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik baş verib.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 24-də Bakı Olimpiya Stadionunda Qırğızıstan yığmasına qarşı keçirilməli olan yoldaşlıq oyunu ləğv edilib.

Buna səbəb sözügedən ölkənin millisinin Azərbaycana səfər edə bilməməsidir.

Qeyd edək ki, U-21 sentyabrın 27-də Bakı Olimpiya Stadionunda  Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.