Misli Premyer Liqasının VII turu üzrə baş tutan "Zirə" - "Qarabağ" matçı Bəhlul Mustafazadə üçün əlamətdar olub.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı müdafiəçi Azərbaycan çempionatında 100-cü matçını keçirib. Bəhlul 100 qarşılaşmada 4 qol vurub.

4 klubun heyətində forma geyinən Bəhlul “Sumqayıt”da 20 (2 qol), “Qəbələ”də 23 (1 qol), “Sabah”da 35 (1 qol), “Qarabağ”da 22 dəfə meydana çıxıb.
Qeyd edək ki, “Zirə” - “Qarabağ” matçında qonaqlar 7:1 hesablı qələbə qazanıb.