Bu gün Misli Premyer Liqasında VII tura yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib.

Əvvəlcə autsayderlər üz-üzə gəlib. "Kəpəz" "Şamaxı"nı qəbul edib. Hesabı qonaqlar açsa da, Gəncə təmsilçisi əzmkar qələbə qazanıb - 2:1. Bu, "Kəpəz"in mövsümdə ilk qələbəsi olub.

Günün digər matçında isə "Qarabağ" "Zirə"nin qonağı olub. Oyun Ağdam klubunun böuükhesablı qələbəsi ilə başa çatıb. - 7:1. "Qarabağ"ın heyətində Musa Qurbanlı poker edib.

Bu qələbə ilə xallarını 18-ə çatdıran "Qarabağ" yenidən liderliyə yüksəlib.

18 sentyabr (bazar)

18:00. “Kəpəz” – “Şamaxı” 2:1 

Qol: Nihad Quliyev, 5, Ahmed Ayzaya, 47, Abdullahi Şuaybu, 60
Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Rəhman İmami, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu

20:30. “Zirə” – “Qarabağ” 1:7

Qol: Coşqun Dİniyev, 34, Toral Bayramov, 44, Musa Qurbanlı, 56 , 60, 79, 85, Kadi, 64, Ramil Şeydayev, 68

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Əli Əliyev
Zirə İdman Kompleksinin stadionu

heee3