"Kəpəz"in Azərbaycan çempionatının ikinci dövrəsindəki oyunlarında azarkeşlərin iştirak etmə ehtimalı var.

Offsideplus.az Gəncə şəhər stadionunun son vəziyyəti barədə "Kəpəz"in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev ilə əlaqə saxladı. Klubun sözçüsü saytımıza açıqlamasında tribunaların birinci yarısına azarkeşlərin buraxılması üçün FHN-ə müraciət etdiklərini söyləyib:

"Stadiondakı tribunalarının ən azı birinci yarısına azarkeşlərin buraxılması üçün Fövqəladə Hallar Nazirliyinə yenidən müraciət etdik. Yenidən stadionu nəzərdən keçirib qərar vermələrini xahiş etdik. Nazirliyin əməkdaşları gəlib baxıblar, nə qərar verəcəklər, bunu qarşıdakı günlərdə görəcəyik".

Qeyd edək ki, 3 turdan sonra çempionatda ikinci dövrə başlayacaq. "Kəpəz"in VII turda "Şamaxı" ilə oyunu Qəbələ şəhər stadionunda baş tutacaq. VIII və IX tur qarşılaşmaları isə səfər oyunudur. Gəncə təmsilçisinin ikinci dövrədə ilk matçı evdə "Neftçi"yə qarşı olacaq.

Xatırladaq ki, Gəncə şəhər stadionu Premyer Liqa oyunlarını keçirməyə hazır olmadığına görə “Kəpəz” ev oyunlarını Qəbələdə keçirir.