"Qarabağ"ın futbolçusu Abdullah Zubir Ağdam təmsilçisinə transferi barədə danışıb.

Offsideplus.az xəbər verir ki, ölkəsinin mətbuatına açıqlama verən 31 yaşlı yarımmüdafiəçi Belçika və Liqa 1 klublarındandan təklif aldığını dilə gətirib:

"Lans"dan ayrıldıqdan sonra Belçika çempionatı və Liqa 1-dən təklif almışdım. Amma bu, maddi planda kluba, layihə olaraq mənə uyğun deyildi. Sonra isə "Qarabağ" variantı ortaya çıxdı. "Qarabağ"ı ümumiyyətlə tanımırdım. Sadəcə, Çempionlar Liqasının qrupunda oynadığını bilirdim. Daha sonra mənə orada oynayan Əlharbi Əl Jadeyuinin nömrəsi verildi. Dedi ki, mənə güvən və bu komandaya keç".

Qeyd edək ki, fransalı futbolçu 2018-ci ilin iyunundan "Qarabağ"ın formasını geyinir.