"Eyndhoven" klubunun üzvü Ozan Can Kökçü Azərbaycanın əsas milli komandasına çağırılıb.

Offsideplus.az Niderland mətbuatına istinadən istinadən xəbər verir ki, daha əvvəl U-21 millimizdə çıxış edən 24 yaşlı yarımmüdafiəçi ilk dəfə əsas komandaya dəvət alıb. O, Azərbaycanın UEFA Millətlər Liqasında Slovakiya və Qazaxıstan yığmalarına qarşı oyunları üçün heyətə cəlb olunub.

Kökçünün adı 2020-ci ilin avqustunda Kipr və Lüksemburqla UEFA Millətlər Liqasının matçları üçün açıqlanan ehtiyat heyətə daxil olunsa da, toplanışda iştirak etməyib.

Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 22-də Slovakiya, 3 gün sonra isə Qazaxıstanla qarşılaşacaq.