"Şamaxı"nın zədəli futbolçusu Amil Yunanov əməliyyat üçün Türkiyəyə yollanıb.

Offsideplus.az-ın əldə etdiyi məlumata görə, 29 yaşlı hücumçu bu gün əməliyyat olunub. Yunanov bir müddət yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, A.Yunanov "Şamaxı"nın "Turan Tovuz"a qarşı keçirdiyi V tur matçında sıradan çıxmışdı.