Sentyabrın 18-dən 28-dək Bolqrıstanın Albena şəhərində təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.

Offsideplus.az xəbər verir ki, U-19 seçmə mərhələyə daha yaxşı hazırlaşmaq məqsədilə sentyabrın 14-dən 17-dək Bakıda hazırlıq keçəcək. Bakı toplanışından sonra Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq yekun heyət müəyyənləşəcək.

Hazırlıq prosesinə 25 futbolçu dəvət olunub:

SOYADI / ADI                 KLUB

1. Həsənov Sahib          Şamaxı

2. Kazımov Rəvan           Neftçi

3. Fərzullayev Xəyal      Sumqayıt

4. Süleymanlı Ayxan      Sumqayıt

5. Ramazanov İbrahim    Qəbələ

6. Rüstəmov Emin           Səbail

7. Rəşidov Nuğay            MOİK

8. Məmmədov Musa      Qarabağ

9. Abdullayev Firəddin     Sabah

10. Abbasov Rüfət            Neftçi

11. Agayev Samir            Qəbələ

12. Mikayılov Həmzəalı    Sabah

13. Quliyev Nicat              Sabah

14. Şahniyarov Şahin      Qəbələ

15. Ədilxanov Edgar       Şamaxı

16. Kərimov Cavad          Kəpəz

17. Ağayev Mahmud          Zirə

18. Əliyev Nahid            Zenit (Rusiya)

19. Musayev Nurlan           Neftçi

20. Səfərov Qurban           Şamaxı

21. Hacıyev Ceyhun       Paderborn 07 (Almaniya)

22. Ağayarov İbrahim        Qarabağ

23. Axundzadə Nəriman    Qarabağ 

24. Salyanski Ağadadaş       Neftçi

25. Şəfiyev Sadiq            Turan Tovuz