"Qafqazinfo.az" saytında "Trabzonspor" klubunun futbolçusu Benqali-Fode Keytanın "Qarabağ" keçəcəyi barədə xəbər dərc olunub.

Bunu adıçəkilən futbolçu özü açıqlamasında bildirib.

Offsideplus.az məsələ ilə bağlı Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladı. Klubun sözçüsü 31 yaşlı forvardla bağlı açıqlama vermək istəmədiklərini, lakin transfer üzərində çalışdıqlarını bildirdi:

"Bizə təklif olunan futbolçular çoxdur. Transfer etmək istədiyimiz futbolçular da var. Bu barədə rəsmi razılıq əldə olunmayana qədər, açıqlama vermək və ad çəkmək istəmirik. Ona görə azarkeşlərimizi başa düşür və səbirli olmağa çağırırıq".

Günay Xəlil