"Turan Tovuz"a qarşı V tur matçında zədələnən "Şamaxı"nın hücumçusu Amil Yunanovun son durumuna aydınlıq gəlib.

 Offsideplus.az xəbər verir ki, 29 yaşlı hücumçu MRT müayinəsindən keçib. "Şamaxı"nın mətbuat katibi Yusif Hüseyn saytımıza açıqlamasında A.Yunanovun əzələsindən xəsarət aldığını bildirib:

"MRT mayinəsinin nəticəsində əzələsində problem olduğu aşkarlandı. Müalicə, yoxsa əməliyyatla sağalacağına tam qərar verilməyib. Gedişatdan asılıdır, qarşıdakı günlərdə bəlli olacaq. Lakin "Sumqayıt"la oyunu buraxacağı dəqiqdir". 

Qeyd edək ki, "Sumqayıt" - "Şamaxı" matçı sentyabrın 11-də saat 18:00-da baş tutacaq.