"Qarabağ"ın futbolçusu Riçard Almeyda İbrahima Vadjinin "Sent-Etyen" klubuna keçməsinə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi bu barədə "Report"a müsahibəsində açıqlayıb. 

"Vadji çox yaxşı futbolçudur. Buradək gəlməyimizdə onun da əməyi var. Vurduğu qollarla komandaya çox köməklik edib. Onun kimi oyunçunun getməsinə üzüldük. Heyətdə Vadjini əvəzləyə biləcək futbolçular var. Onlara inanmalı, komanda yoldaşı olaraq inam verməliyik. Klubumuz heyəti gücləndirmək üçün əlindən gələni edir. İstənilən halda, biz ailə, kollektivik. Kimliyindən asılı olmayaraq, meydana kim çıxacaqsa, kim oynayacaqsa, həmin futbolçulara dəstək verməliyik".

Qeyd edək ki, Fransa klubu "Sent-Etyen" İbrahima Vadji transferi üçün "Qarabağ"a 1,6 milyon avro ödəniş edib.