Xəbər verdiyimiz kimi, "Kəpəz" klubunun yeni baş məşqçisi Tərlan Əhmədov olub.

 Yaşar Vahabzadə ilə yollarını ayıran Gəncə təmsilçisinin "sükanı arxası"na Əhmədov keçib.

Təcrübəli mütəxəssisin təyinatıyla bağlı fikirlərini almaqçün "Neftçi"nin sabiq idman direktoru Ceyhun Sultanova müraciət etdik. Funksioner, Offsideplus.az-a açıqlamasında zaman və maliyyənin olmayacağı surətdə vəziyyətin çətin olacağını söylədi:

"İndidən nəsə demək olmaz. Onu qeyd edim ki, zaman və maliyyə olmasa, vəziyyət çətin olacaq. Bunlardan biri olub, digəri olmasa belə, yenə də çətin görünür. Bizə Tərlan Əhmədova ancaq uğur arzulamaq düşər".

Offsideplus.az